İri qaya parçası dağdan qoparaq yola düşdü

İri qaya parçası dağdan qoparaq yola düşdü
  26 Mart 2021    Oxunub:2603
Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü kilometrliyində iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

“Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Yol   Quba  





Xəbər lenti