Fransa məktəblərində koronavirus sürətlə yayılır

Fransa məktəblərində koronavirus sürətlə yayılır
  27 Mart 2021    Oxunub:2547
Son günlər Fransada koronavirusa yoluxma halları kəskin artmaqdadır. Virusa yoluxanlar arasında məktəblilər də çoxluq təşkil edir.
Azvision.az xəbər verir ki, Fransa Milli Təhsil Nazirliyinin yaydığı məlumata görə, ölkədə indiyədək 21 mindən çox məktəbli COVID-19-a yoluxub.

Bundan əlavə, təhsil işçiləri arasında 2515 nəfər koronavirusa yoluxub. Son həftə ərzində 30 təhsil ocağı bağlanıb.

Fransada səhiyyə işçiləri virusun yayılmasının qarşısını almaq üçün məktəblərin bağlanması və ya yaz tətili müddətinin uzadılmasını tələb edirlər.

Azvision.az


Teqlər: Fransa   Məktəb   Koronavirus  





Xəbər lenti