“Müharibədə 5 mindən çox əsgər itirdik” - Vazgen Manukyan

   “Müharibədə 5 mindən çox əsgər itirdik” -    Vazgen Manukyan
  27 Mart 2021    Oxunub:5606
“Ermənistan uçuruma yuvarlanmaqda davam edir”.

Azvision.az xəbər verir ki, bunu "Vətənin qurtuluşu hərəkatı"nın lideri, ölkənin sabiq baş naziri Vazgen Manukyan deyib.
Onun sözlərinə görə, Ermənistan ikinci Qarabağ müharibəsində 5 mindən çox əsgər itirib: “44 gün ərzində 5 mindən çox itki verdik. Bu, 2.5 milyonluq bir xalq üçün Ginnes rekordu sayıla bilər”.

Keçmiş baş nazir hesab edir ki, Ermənistanın itkiləri yalnız müharibə ilə kifayətlənməyib, ölkənin məhkəmə sistemi və təhsil sahəsi də hücumlara məruz qalıb.

“Dövlətimiz uçuruma yuvarladılır. Bizim dövlət formal olacaq, müstəqil olmayacaq, inkişaf etməyəcək", - deyə Manukyan baş vermiş bütün hadisələrə görə Ermənistanın hazırkı hakimiyyətini ittiham edib.

Azvision.az


Teqlər: Ermənistan   Müharibə  





Xəbər lenti