Son sutkada yoluxma 614 mindən çox artıb

Son sutkada yoluxma 614 mindən çox artıb
  27 Mart 2021    Oxunub:2751
Dünyada koronavirusa yoluxanların sayı 614 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata görə, ötən sutka ərzində 614 570 nəfər koronavirus infeksiyasına yoluxub, 9396 nəfər dünyasını dəyişib. ÜST-ün statistikasına əsasən, virusa yoluxanların ümumi sayı 125 160 255, ölənlərin sayı isə 2 748 737 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti