Bayden Rusiya və Çin liderlərini danışıqlara çağırdı

Bayden Rusiya və Çin liderlərini danışıqlara çağırdı
  27 Mart 2021    Oxunub:2492
ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putin və Çin lideri Si Tsinpini iqlim məsələləri ilə bağlı danışıqlarda iştirak etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Planlaşdırılan danışıqların detalları açıqlanmayıb. İddia olunur ki, söhbət Bayden administrasiyası dövründə bu mövzuda yüksək səviyyəli ilk irimiqyaslı danışıqlardan gedir.

Ağ Evdən agentliyin yaydığı məlumata hələlik reaksiya verilməyib.

Azvision.az


Teqlər: Bayden   ABŞ   Rusiya   Çin  





Xəbər lenti