Dünyada COVID-19-la bağlı son vəziyyət

   Dünyada COVID-19-la bağlı son vəziyyət
  27 Mart 2021    Oxunub:1953
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 126 milyon 708 min 167 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 779 min 846 nəfərdir. İndiyədək 102 milyon 168 min 785 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.  
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 30 853 032 nəfər virusa yoluxub, 561 142 pasiyent dünyasını dəyişib.                    
                   
İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 12 407 323 nəfərdə virus aşkar edilib. Xəstələrdən 307 326 nəfəri həyatını itirib.      

Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 908 910 yoluxma qeydə alınıb. Onlardan 161 275 nəfəri vəfat edib.                    

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 501 859 yoluxma, 97 017 ölüm faktı qeydə alınıb.                    
                   
Siyahıda beşinci olan  Fransada 4 465 956 nəfər virusa yoluxub ki, onlardan 94 275-i ölüb.                    
                   
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.                    
                   
Aytən Zəhra 
Azvision.az




Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti