Məşhur uşaq yazarı vəfat etdi

Məşhur uşaq yazarı vəfat etdi
  27 Mart 2021    Oxunub:1708
Amerikalı uşaq yazıçısı Beverli kleari 104 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə "Harper Collins" nəşr evi "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, yazıçı 1960-cı illərdən bəri yaşadığı Kaliforniyanın Karmel şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, yazıçının ilk kitabı "Henry Huggins" 1950-ci ildə nəşr olunub. Onun kitabları 85 milyon nüsxədən çox satılıb və 29 dilə tərcümə edilib.

Azvision.az


Teqlər: ABŞ   Yazıçı  





Xəbər lenti