Kaxa Kaladze xəstəxanaya yerləşdirilib

Kaxa Kaladze xəstəxanaya yerləşdirilib
  27 Mart 2021    Oxunub:1362
Tbilisi şəhərinin meri Kaxa Kaladze xəstəxanaya yerləşdirilib. Ona vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə Kaladze “Facebook” səhifəsində məlumat paylaşıb. O bildirib ki, son günlər səhhətində yaranan problemlə bağlı klinikalardan birində müayinə olunub.

Hazırda vəziyyətinin normal olduğunu deyən mer, fəaliyyətini distant rejimdə davam etdirdiyini vurğulayıb.

Azvision.az


Teqlər: Kaladze   Tbilisi  





Xəbər lenti