Paşinyan Moskvaya gedir

   Paşinyan Moskvaya gedir
  27 Mart 2021    Oxunub:1238
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məlumata görə, Paşinyan aprelin 7-də Moskvaya işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Paşinyanın Moskvaya gözlənilən səfəri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti