Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub
  27 Mart 2021    Oxunub:1014
Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan otağın eyvanının (mətbəx kimi istifadə olunur) yanar konstruksiyaları 6 m² sahədə yanıb.
FHN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş otaqlardan 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti