Kosmonavtlar ən çox nədən ölür? - Alimlərin araşdırması

 Kosmonavtlar ən çox nədən ölür? -  Alimlərin araşdırması
  27 Mart 2021    Oxunub:6292
Rusiya alimləri kosmonavtların ən çox ürək-damar xəstəliklərindən öldüklərini müəyyən ediblər.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, araşdırma zamanı 118 sovet və rus kosmonavtının məlumatları təhlil edilib.
Müşahidə müddətinin təxminən 60 il olduğu (1 yanvar 1960 - 31 dekabr 2018) qeyd edilib. Elm adamları müddətin sonuna qədər 37 nəfərin öldüyünü bildiriblər.

Məlum olub ki, onlardan 48,65%-i ürək-damar xəstəliklərindən, 27,03%-i təhlükəli yeni törəmələrdən dünyasını dəyişib. Xarici səbəblərlə əlaqələndirilən ölümlər 16,22% təşkil edib. Digər səbəblər 5,41% müşahidə edilib və bir ölüm hadisəsi bilinməyən səbəbdən qaynaqlanıb.

Kosmonavtlar arasında orta yaş həddi 64,4 il olub. Alimlər hesabatlarını 5-8 aprel tarixlərində Moskvada keçiriləcək "İnsan Kosmosda" adlı beynəlxalq simpoziumda təqdim edəcəklər.

Azvision.az


Teqlər: Alim   Rusiya   Kosmonavt  



Xəbər lenti