Beyonsun 1 milyonluq əşyaları oğurlandı

 Beyonsun 1 milyonluq əşyaları oğurlandı
  27 Mart 2021    Oxunub:2436
Amerikalı məşhur müğənni Beyonsun bir milyon dollar dəyərində əşyaları oğurlanıb.
Azvision.az xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər müğənninin əmlakının saxlanıldığı Los-Ancelesdəki anbardan bir milyon dollarlıq oğurluq ediblər. Məlumata görə, bu, oğruların ay ərzində anbara ikinci gəlişidir. Onlar Beyonsun bahalı əl çantalarını, geyimlərini və müğənninin stilistlərindən birinə məxsus əşyaları götürüblər.

Los-Anceles polisi oğurluq faktını araşdırır, hələlik saxlanılan yoxdur.

Azvision.az


Teqlər: Beyons   ABŞ   müğənni  



Xəbər lenti