Gürcüstanda koronavirusun üçüncü dalğası başlayır

 Gürcüstanda koronavirusun üçüncü dalğası başlayır
  27 Mart 2021    Oxunub:2579
Gürcüstan koronavirusun üçüncü dalğasının başlanğıc mərhələsindədir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib.

“Epidemioloqlar ölkədə koronavirusun üçüncü dalğasının başladığını rəsmən elan edəcəklər. Vətəndaşlarımız buna hazır olmalı, koronavirusa qarşı mübarizə ilə əlaqədar bütün mümkün vasitələrdən istifadə etməlidirlər”, - deyə nazir vurğulayıb.

O, qeyd edib ki, koronavirusa qarşı effektiv mübarizə aparmaq üçün kompleks tədbirlər görüləcək.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti