Koronavirus xəstəsi hava limanında öldü

Koronavirus xəstəsi hava limanında öldü
  27 Mart 2021    Oxunub:3006
Yaponiyada koronavirusa yoluxan şəxs Narita hava limanında karantində olarkən ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, ölkədə ilk belə haldır. Ölən şəxs 50 yaşdan yuxarı qadındır. O, martın 16-da Misirdən qayıdarkən koronavirus testi müsbət olduğu üçün hava limanında iki həftəlik karantində qalmalı olub. Səhhətində virusun heç bir əlamətini hiss etməyən qadın martın 27-də qəfildən vəfat edib.

Son məlumatlara görə, Yaponiyada infeksiyaya yoluxanların sayı 467 mini keçib, 9048 nəfər virusun qurbanı olub.

Azvision.az


Teqlər: Yaponiya   virus  





Xəbər lenti