İranla Çin 25 illik müqavilə imzaladı

 İranla Çin 25 illik müqavilə imzaladı
  27 Mart 2021    Oxunub:2772
İran və Çin 25 il müddətinə hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Saziş iqtisadi və mədəni sahələrdə əməkdaşlığı əhatə edir.
Azvision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

"Bu sənəd İran və Çin arasında iqtisadiyyat, mədəniyyət daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarını və perspektivlərini əhadə edir. Əminik ki, razılaşma İran və Çinin gələcək inkişafına və hərtərəfli strateji tərəfdaşlığına töhfə verəcək, eyni zamanda iki xalqın firavanlığı üçün şərait yaradacaq".

Qeyd edək ki, müqaviəni Çinin xarici İilər naziri Van İ və iranlı həmkarı Məhəmməd Cavad Zərif imzalayıblar.

Azvision.az


Teqlər: İran   Çin  





Xəbər lenti