321 gəmi Süveyş kanalında növbə gözləyir

321 gəmi Süveyş kanalında növbə gözləyir
  27 Mart 2021    Oxunub:1773
Nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində 321 gəmi keçid növbəsi gözləyir.
Azvision.az xəbər verir ki, bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəhbəri Osama Rabiyə bildirib.

Onun sözlərinə görə, Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan “Ever Given” yük gəmisinin ətrafından 90 min ton ballast suyu təmizlənib.

Misir rəsmisi vurğulayıb ki, hadisənin əsas səbəbi bir gün əvvəl həmin ərazidə baş vermiş güclü qum fırtınası nəticəsində kanalın dayazlaşması olub.

Hazırda kanalın açılması istiqamətində işlər aparılır. Süveyş kanalında hərəkətin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Azvision.az


Teqlər: Suveyş   Kanal  





Xəbər lenti