Nyu-Yorkda “peyvənd pasportları” tətbiq edilir

Nyu-Yorkda “peyvənd pasportları” tətbiq edilir
  28 Mart 2021    Oxunub:1867
Nyu-York ABŞ-da koronavirusa qarşı peyvənd olunmanı təsdiqləyən könüllü rəqəmsal sertifikatları tətbiq edən ilk ştatdır.
Azvision.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo "Twitter" səhifəsində məlumat paylaşıb.

O, bildirib ki, sertifikat "Excelsior Pass" adlanır və QR kodla istifadə ediləcək.

Vaksinasiya pasportunu əldə etmək üçün "Apple App Store" və "Google Play Store"dən həmin tətbiqi yükləmək lazımdır. Kodu xüsusi veb-saytda da çap etmək mümkün olacaq.

Qeyd olunub ki, proqramda iştirak könüllüdür.

Azvision.az


Teqlər: Vaksin   Koronavirus  





Xəbər lenti