Tramp Meksika ilə sərhədə gedəcək

Tramp Meksika ilə sərhədə gedəcək
  28 Mart 2021    Oxunub:2013
ABŞ-ın sabiq prezidenti Donald Tramp yaxın həftələrdə dövlət başçısı olduğu dövrdə sədd çəkdirməyə başladığı ABŞ-ın Meksika ilə sərhədinə baş çəkməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Fox News"a bildirib. Onun sözlərinə görə, sərhəd səfərini lazımlı hesab etmir, akin sərhədçilər və ABŞ immiqrasiya və gömrük polisinə dəstək məqsədilə bunu edəcək. Tramp əlavə edib ki, bu insanların liderə ehtiyacı var.

O qeyd edib ki, səfər yaxın bir neçə həftə ərzində baş tuta bilər: “Biz burada danışan zaman minlərlə insan Meksikadan birbaşa ABŞ-a gəlir. Bu, ölkəmizi məhv edəcək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp   Meksika  





Xəbər lenti