İndoneziyada yaralıların sayı 14 nəfərə çatdı - YENİLƏNİB
Qeyd edilib ki, hadisəni törədən kamikadze ölüb. Həmin şəxs kilsəyə daxil olmaq istəyib, lakin mühafizəçilər şübhəlini saxlayıblar. Bundan sonra partlayıcı işə düşüb.
Polis onun kimliyini müəyyənləşdirir.
***
09:45
İndoneziyanın Cənubi Sulavesi vilayətində yerləşən Makassar şəhərindəki kilsənin qarşısında güclü partlayış olub.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisəni kamikadze törədib.
“Sinxua” agentliyi isə bildirib ki, partlayış nəticəsində yaralananlardan 9-u hospitala yerləşdirilib. Onlardan 5-i kilsənin xidmətçisi, 4-ü isə ziyarətçidir.
Polis hadisənin təfərrüatlarını araşdırır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İndoneziya







Vaxtında, Aydın, Lazımlı!


