Kanadada kitabxanaya bıçaqlı hücum olub
Qeyd olunub ki, hadisəni 20 yaşlı oğlan törədib. Polis hələ hücumun motivlərini müəyyənləşdirməyib və hadisənin şahidi olan hər kəsdən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlamalarını istəyib.
Şahidlərin sözlərinə görə, hücum edən şəxs çox uzun və qeyri-adi bir bıçaq ilə silahlanıb. Kanadanın baş naziri Castin Tryudo hadisə ilə bağlı başsağlığı verib, yaralılara tez bir zamanda sağalmağı arzulayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Kanada Bıçaqlanma







Vaxtında, Aydın, Lazımlı!


