Nazir müavini və anası təyyarə qəzasında öldü

 Nazir müavini və anası təyyarə qəzasında öldü
  28 Mart 2021    Oxunub:2394
Meksikanın Sonora ştatında iki mühərrikli “Cessna” təyyarəsi qəzaya uğrayıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb.

Məlumata görə, yeddi nəfərin olduğu təyyarə Ermosilo şəhərindən ABŞ-ın Arizona ştatının Tuson şəhərinə uçurmuş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra yerə düşüb.

Ştatın baş prokurorluğu qəzada Sonoranın iqtisadi inkişaf nazirinin müavininin və anasının öldüyünü açıqlayıb. Qəzadan bir nəfər sağ çıxıb, hazırda həmin şəxs tibbi yardım alır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti