Çavuşoğlu Tacikistana səfər edəcək

Çavuşoğlu Tacikistana səfər edəcək
  28 Mart 2021    Oxunub:1996
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28-30 mart tarixlərində Tacikistanda səfərdə olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Çavuşoğlu həmkarı Sirojiddin Muhriddin ilə görüşəcək, Tacikistan Prezidenti İmaməli Rahmon tərəfindən qəbul ediləcək.

Səfər zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, Çavuşoğlu Tacikistan və Əfqanıstanın həmsədrliyi altında 30 martda keçiriləcək Asiyanın ürəyi-İstanbul prosesi üzrə 9-ci Nazirlər Konfransına da qatılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan  



Xəbər lenti