Çavuşoğlu Tacikistana səfər edəcək
Çavuşoğlu həmkarı Sirojiddin Muhriddin ilə görüşəcək, Tacikistan Prezidenti İmaməli Rahmon tərəfindən qəbul ediləcək.
Səfər zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, Çavuşoğlu Tacikistan və Əfqanıstanın həmsədrliyi altında 30 martda keçiriləcək Asiyanın ürəyi-İstanbul prosesi üzrə 9-ci Nazirlər Konfransına da qatılacaq.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Tacikistan







Vaxtında, Aydın, Lazımlı!


