Naftalan sakinləri narkotiklə tutuldu

Naftalan sakinləri narkotiklə tutuldu
  28 Mart 2021    Oxunub:2686
Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq ŞPŞ-yə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a məlumata görə, oların üzərində şəxsi axtarış keçirilən zaman P.Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R.Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti