Rusiyada 9 mindən çox yeni yoluxma qeydə alındı

Rusiyada 9 mindən çox yeni yoluxma qeydə alındı
  28 Mart 2021    Oxunub:1961
Rusiyada son sutka ərzində koronavirusa 9088 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 519 832 nəfərə çatıb.

Rusiyada son sutkada 336 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 97 740 nəfərdir. İndiyə qədər 4 139 128 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti