Türkmənistan parlamentinin yuxarı palatasına ilk seçkilər keçirilir

Türkmənistan parlamentinin yuxarı palatasına ilk seçkilər keçirilir
  28 Mart 2021    Oxunub:2104
Türkmənistan parlamentinin yuxarı palatasına ilk dəfə seçkilər keçirilir.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, seçkilərdə 48 mandat uğrunda 112 namizəd mübarizə aparır. Onlardan 29 nəfəri qadındır.

Qeyd edək ki, 2019-cu ildə Prezident Qurbanqulu Berdiməhəmmədov ikipalatalı parlament sisteminə keçilməsi təşəbbüsü ilə çıxış edib. 2020-ci ilin oktyabrında isə müvafiq qanun qəbul edilib.

Seçkilərin gedişini 400 yerli müşahidəçi izləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkmənistan  





Xəbər lenti