Misirdə binanın çökməsi nəticəsində 25 nəfər ölüb

Misirdə binanın çökməsi nəticəsində 25 nəfər ölüb
  28 Mart 2021    Oxunub:1700
Misirin paytaxtı Qahirədə onmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 24 sakin xəsarət alıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəzadan iki gün öncə binada çatlar əmələ gəlib.

Məlumata görə, binanın ilk üç mərtəbəsində tikiş fabriki və parça anbarı yerləşib.

Qeyd olunub ki, binada 100-dən çox insan yaşayırmış. Ətrafdakı binaların vəziyyətini yoxlamaq üçün komissiya yaradılıb. Misirin baş prokuroru isə öz növbəsində hadisənin səbəbinin təcili araşdırılmasını tapşırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Misir   Bina  



Xəbər lenti