İkinci Qarabağ müharibəsində 11 min erməni hərbçi yaralanıb

İkinci Qarabağ müharibəsində 11 min erməni hərbçi yaralanıb
  28 Mart 2021    Oxunub:7789
2020-ci ilin sentyabr-noyabr aylarında ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda yaralı və xəstə sayı 11 min nəfər olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi tibb şöbəsinin rəis müavini, polkovnik Qeqam Paşikyan bildirib.

Onun sözlərinə görə, yaralıların 55% -nin xəsarətləri yüngül, 36% -də orta dərəcəli olub. 2%-i həddindən artıq ağır, 7% -i isə ağır yaralanıb.

Döyüş əməliyyatları zamanı yaralıların və xəstələrin təxliyəsi üçün 440 helikopter uçuşu həyata keçirilib, 5000-dən çox cərrahi müdaxilə edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti