ABŞ-la Yunanıstan arasında “dilənçi” qalmaqalı

ABŞ-la Yunanıstan arasında “dilənçi” qalmaqalı
  28 Mart 2021    Oxunub:2436
ABŞ-ın Afinadakı keçmiş hərbi attaşesi Robert Palmın Yunanıstanı dilənçi adlandırması qalmaqal yaradıb.
Azvision.az xəbər verir ki, bu barədə sabiq hərbi attaşe “Twitter”də bildirib.

Yunanıstan donanması üçün hansı hərbi-dəniz gəmilərinin alınması barədə sosial şəbəkədə müzakirələr zamanı o, belə bir tvit yazıb. Yunanlar bundan hiddətlənib və Amerika gəmilərinin alınmasından imtina etməyə çağırıblar. Ardınca Palm üzr istəyərək, həmin tviti silib.

Yunanıstanın baş naziri Kyriakos Mitsotakis 2020-ci ilin sentyabrında ölkənin dörd yeni çoxməqsədli hərbi-dəniz gəmisi əldə etmək və mövcud dörd “MEKO” gəmisini modernləşdirmək niyyətini açıqlayıb.

Razılaşmanın bir neçə milyard avro olduğu təxmin edilir. Fransa və Amerika gəmiləri əsas namizədlər arasındadır, ictimaiyyət və media hansının alınacağını müzakirə edir.

İstifadəçilərdən biri “Twitter”də fərqli fotolar paylaşaraq “Nə istəyirəm, mənə nə verəcəklər” yazıb.

“Dilənçilər seçim edə bilməz”, - deyə keçmiş hərbi attaşe vurğulayıb.

Palmın tviti yunanlar arasında kəskin reaksiyaya səbəb olub və onlar hesab edirlər ki, milli azadlıq inqilabının 200-cü ildönümündə dövlətin "dilənçi" adlandırılması Yunanıstana qarşı hörmətsizlikdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yunanıstan   ABŞ  





Xəbər lenti