“CNN Türk” Vətən Müharibəsi haqqında sənədli film hazırladı - VİDEO

  “CNN Türk” Vətən Müharibəsi haqqında sənədli film hazırladı -    VİDEO
  28 Mart 2021    Oxunub:7241
CNN Türk telekanalında “Qarabağda 44 gündə nələr yaşandı?” adlı sənədli film nümayiş olunub.
Azvision.az xəbər verir ki, kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.

Ekran əsərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə dünyaya ünvanladığı mesajlar yer alıb.

Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərini raket zərbələri ilə bombalaması və günahsız insanların qətlə yetirilməsindən söz açılıb.

Həmin filmi təqdim edirik:



Azvision.az


Teqlər: CNN   Qarabağ   Müharibə  





Xəbər lenti