Paşinyan Azərbaycanla kommuniksiyaların açılmasından danışdı
Azvision.az xəbər verir ki, bu barədə o, Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib. Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Nümunə olaraq mis-filiz mədənçiliyinə işarə edib.
O, Ermənistanın mislə zəngin olduğunu, lakin sənayesinin modernləşdirilməsi və mis əritmə üçün potensialın yaradılmasının kommunikasiyasız mümkün olmadığını xatırladıb. Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasının vacibliyini qeyd edib:
"Bəzi qərarlar verməliyik. Anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda onlara da bizim ərazimizdən yol vermirik. Biz mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq. Ümumiyyətlə, Ermənistan bölgəyə başqa bir bucaqdan baxmağa başlamalıdır. Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq. Ancaq qonşular da Ermənistanla münasibətdə mövqelərini dəyişdirməlidirlər".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NikolPaşinyan







Vaxtında, Aydın, Lazımlı!


