Norveçə giriş qaydaları sərtləşdirilir

Norveçə giriş qaydaları sərtləşdirilir
  29 Mart 2021    Oxunub:2111
Aprelin 1-dən Norveç hökuməti pandemiya ilə əlaqədar ölkəyə giriş qaydalarını sərtləşdirəcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

"1 apreldən etibarən sərhəddə yeni növ koronavirus infeksiyasının aşkar edilməsi ilə bağlı verilən testin cavabını sərhəddə gözləməli olacaqsınız. Buna etiraz edənlər cərimələnəcək", - deyə xəbərdarlıq edilib.

Qeyd edək ki, Norveçdə koronavirusa yoluxanların sayı son sutkada 462 artaraq 92 469-a çatıb, pandemiya qurbanlarının sayı isə 656 nəfərdir.

Azvision.az


Teqlər: Norveç  





Xəbər lenti