Zelenskinin partiyasında azərbaycanlı gəncə vəzifə verildi

 Zelenskinin partiyasında azərbaycanlı gəncə vəzifə verildi
  29 Mart 2021    Oxunub:4540
Həmyerlimiz Elməddin Zərbəlizadə Ukrayna prezidenti Vladimir Zelenskinin lideri olduğu "Xalqın Xidmətçisi" siyasi partiyasının gənclər qanadı olan "Ze! Molodizhka" adlı təşkilatın beynelxalq münasibətlər üzrə meneceri təyin edilib.
Elməddin Zərbəlizadə 1992-ci ildə Sumqayıt şəhərində doğulub. 2014-cü ildə Kiyev Dövlət İqtisad Univeristetində bakalavr, 2016-cı ildə Dövlət Nəqliyyat Universitetində magistr təhsilini bitirib. Hazırda həmin universitetin doktoranturasının sonuncu pilləsindədir.

Siyasi fəaliyyəti ərzində Elməddin Zərbəlizadə bir sıra təşkilatlarda icraçı direktor vəzifəsində çalışıb. “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı konfransın, “Uğura gedən yol dostluqdan keçir” adlı gənclər proqramının və Ukraynada nəşr olunan “Xocalı” qəzetinin layihə rəhbəridir. 2017-ci ildən Yeni Dünya Assosiasiyasi təşkilatının sədridir.

Əsası Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən qoyulmuş “ZE Molodizhka” təşkilatı bu ilin fevral ayından fəaliyyətə başlayıb. Təşkilata Ukrayna radasının üzvü Aleksandr Sançenko rəhbərlik edir.

Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti