ÜST: Ötən sutka 565 mindən çox yoluxma olub

    ÜST:    Ötən sutka 565 mindən çox yoluxma olub
  29 Mart 2021    Oxunub:2948
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 565 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, ötən sutka ərzində 565 997 nəfər koronavirusa yoluxub, 9997 infeksiya daşıyıcısı dünyasını dəyişib. COVID-19-a yoluxanların ümumi sayı 126 359 540, ölənlərin sayı isə 2 769 473 nəfərə çatıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti