Polis Saqatelyanın qohumlarını saxlayıb

Polis Saqatelyanın qohumlarını saxlayıb
  29 Mart 2021    Oxunub:1801
Ermənistan müxalifətinin dünən keçirdiyi növbəti mitinqdən sonra “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyanın qohumları polis tərəfindən saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Saqatelyan “Facebook” hesabında yazıb.

Bazar günü müxalifət Ermənistan parlamentinin binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirib. Mitinqdən sonra təşkilatçılar və iştirakçılar paytaxtın mərkəzi küçələri boyunca yürüşə başlayıblar.

Saqatelyan bildirib ki, təhlükəsizlik qüvvələri onun xalası, qardaşı və əmisi oğluna qarşı zor tətbiq edib, həmin şəxslər heç bir səbəb olmadan polisə aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti