Bank itkin düşən erməni hərbçinin evini geri alır

Bank itkin düşən erməni hərbçinin evini geri alır
  29 Mart 2021    Oxunub:1979
İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş erməni hərbçi Vardan Adoyanın mənzili ailəsindən geri alınır.
Azvision.az xəbər verir ki, Adoyanın həyat yoldaşı mediaya açıqlamasında tezliklə evindən məhrum olacağı və küçədə yaşayacağını söyləyib.

"Əsgərin ailəsi evini tamamilə itirmək ərəfəsindədir. Banklar onlara ödənməli olan vəsaiti tələb edirlər. 21 oktyabrdan bəri itkin düşən Adoyanın həyat yoldaşı 24 yaşlı Mariam Baleyan 2 yaşlı qızı ilə çarəsiz qalıb. Bank 2018-ci ildə ipoteka ilə alınmış evin yığılıb qalan borcunun ödənilməsinə dair ardıcıl məktublar göndərir.

Ailənin "Adrshinbank" və "VTB"də kredit borcları var. Onlar hərbi hissədən Adoyanla bağlı xüsusi sənəd təqdim etsələr də, ötən aylarda ödənilməmiş məbləğin üzərinə faiz əlavə olunur",- deyə erməni KİV-ləri yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: İtkin   Ermənistan  



Xəbər lenti