Koronavirusa yoluxanların sayı 128 milyona çatır

 Koronavirusa yoluxanların sayı 128 milyona çatır
  29 Mart 2021    Oxunub:2230
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 127 milyon 776 min 580 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 796 min 169 nəfərdir. İndiyədək 102 milyon 967 min 241 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 30 962 803 nəfər virusa yoluxub, 562 526 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 12 039 644 yoluxma qeydə alınıb. Onlardan 161 881 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 10 722 221 nəfərdə virus aşkar edilib. Xəstələrdən 259 402 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 545 589 yoluxma, 94 596 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rysiyada 4 519 832 nəfər virusa yoluxub ki, onlardan 97 740-ı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti