Çində 102 milyondan çox insan peyvənd edilib

Çində 102 milyondan çox insan peyvənd edilib
  29 Mart 2021    Oxunub:1080
Çində 102 milyondan çox insan koronavirusa qarşı peyvənd edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, 27 mart tarixinə qədər Çində COVID-19 əleyhinə 102,417 milyon nəfər peyvənd edilib. Çin hökuməti kütləvi istifadə üçün dörd peyvənd təsdiqləyib.

Bundan əvvəl Dünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq mütəxəssis qrupu Çinin Uhan şəhərinə koronavirusun mənşəyini araşdırmaq üçün səfər edib. Onların hazırladığı hesabatın yaxın günlərdə yayımlanması planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin  





Xəbər lenti