Qırğızıstanda vaksinasiyaya başlanılır - İlk peyvənd nazirə vurulacaq

Qırğızıstanda vaksinasiyaya başlanılır -  İlk peyvənd nazirə vurulacaq
  29 Mart 2021    Oxunub:1377
Bu gün Qırğızıstanda əhalinin koronavirus əleyhinə peyvəndlənməsinə başlanılır.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə və sosial inkişaf naziri Alımkadır Beyşinaliyev bildirib.

"Peyvəndləmə bu gün başlayacaq. Ölkə vətəndaşları Çinin “Sinopharm” şirkətinin vaksini ilə peyvəndlənəcək. Artıq 150 min doza ölkəyə gətirilib”, - nazir deyib.

O, ilk olaraq şəxsən özünün peyvənd olunacağını bildirib. Nazir əlavə edib ki, Rusiyanın “Sputnik V” peyvəndi may və iyuna qədər Qırğızıstana gətiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan   Vaksinasiya   Koronavirus  



Xəbər lenti