Koronavirusun daha təhlükəli ştammı aşkarlandı

 Koronavirusun daha təhlükəli ştammı aşkarlandı
  29 Mart 2021    Oxunub:5572
Çexiyada koronavirusun yeni ştammı aşkarlanıb.

Azvision.az TASS-a istinadla xəbər verir ki, yeni ştamm koronavirus testləri aparan "Elisabeth Pharmacon" laboratoriyasının əməkdaşları tərəfindən müəyyən edilib.
Qeyd olunub ki, yeni aşkarlanan ştamm bundan əvvəl müəyyən edilən Britaniya və Cənubi Afrika ştammlarından daha təhlükəlidir. Mütəxəssislər bu mutasiya ilə bağlı araşdırmaları davam etdirir.

Son statistikaya əsasən, Çexiyada indiyədək 1 515 029 nəfər COVID-19 virusuna yoluxub, 1 315 571 xəstə sağalıb, 25 874 nəfər dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çexiya  





Xəbər lenti