Qadını hədələyərək 4000 manatını aldı

Qadını hədələyərək 4000 manatını aldı
  29 Mart 2021    Oxunub:1571
Bakıda qadını hədələyərək pulunu alan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakı şəhər sakini T.Məmmədovanı hədələyərək 4000 manat pulunu almaqda şübhəli bilinən Masallı rayon sakini H.Rzayev saxlanılıb.

Azvision.az


Teqlər: Hədə   Pul  





Xəbər lenti