Ceyhun Bayramov Ayvazyanla Moskvada görüşməyəcək

Ceyhun Bayramov Ayvazyanla Moskvada görüşməyəcək
  29 Mart 2021    Oxunub:1856
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Dağlıq Qarabağ üzrə danışıqların davam etdirilməsinə həsr olunmuş görüşü hazırda planlaşdırılmır.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentdə çıxışı zamanı bildirib.

"1 aprel tarixində MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşürəm. Hazırda üçtərəfli və ya ikitərəfli görüş (Azərbaycanın xarici işlər naziri ilə - red.) planlaşdırılmır. Bununla yanaşı, fərqli tərəfdaşlarla görüşlər olacaq", - deyə Ayvazyan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  



Xəbər lenti