Barak Obamanın nənəsi ölüb

Barak Obamanın nənəsi ölüb
  29 Mart 2021    Oxunub:1555
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ögey nənəsi Sara Obama Keniyada 99 yaşında vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Sara Obama Barak Obamanın ata babasının üçüncü həyat yoldaşıdır. Obama həmişə ona isti münasibət bəsləyib və "Sara nənə" deyə müraciət edib.

Obama sonuncu dəfə onun Koqelo kəndindəki evini 2018-ci ilin iyul ayında ziyarət edib.
Keniyanın keçmiş baş naziri Raila Odinqa Sara Obamanı qızların oxuması və təhsilin inkişafındakı roluna görə keniyalı qadınların qətiyyət və özünəgüvən simvolu adlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SaraObama  





Xəbər lenti