Rusiya rəsmisindən peyvənd olunanlara xəbərdarlıq

Rusiya rəsmisindən peyvənd olunanlara xəbərdarlıq
  29 Mart 2021    Oxunub:1852
Yaşlı insanlarda COVID-19 əleyhinə peyvəndlənmədən sonra immunitet daha gec formalaşa bilər.
Azvision.az xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin müavini Sergey Qlaqolev deyib.

Onun sözlərinə görə, vaksindən sonra da insanların tibbi maska daxil olmaqla bütün qoruyucu tədbirlərə riayət etməsi vacibdir.

"Peyvəndlənmə prosesindən keçmiş vətəndaşlar azı üç həftə ərzində bütün qoruyucu tədbirlərə - maska taxılması, əllərin gigiyenası, sosial məsafənin saxlanmasına davam etməlidirlər. Bu yaşlı insanlar üçün xüsusilə vacibdir. Çünki onlarda immunitet daha yavaş templə formalaşa bilər", - nazir müavini bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Peyvənd   Rusiya  



Xəbər lenti