Putin, Merkel və Makron arasında videokonfrans hazırlanır

 Putin, Merkel və Makron arasında videokonfrans hazırlanır
  29 Mart 2021    Oxunub:2645
Rusiya lideri Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun ortaq videokonfransı “Normand dördlüyü” kimi hazırlanmır, sammitdə bir sıra digər məsələlərə də toxunulması planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Moskvanın belə tədbiri Paris və Berlinlə razılaşdırmağa davam etdiyini vurğulayıb. Danışıqlarda iştirak edənlərin siyahısında niyə Ukrayna Prezidenti Vladimir Zelenskinin olmadığı sualını cavablandıran Peskov deyib: “Çünki söhbət “Norman dördlüyü”ndən getmir. Orada müzakirə üçün bir çox məsələlər var. Bu, “Normand dördlüyü” deyil”.

Peskov bununla belə görüşdə Donbasdakı vəziyyətə toxunulacağını əlavə edib: "Əlbəttə ki, bu mövzu hansısa şəkildə gündəmdə olacaq. Lakin bu yeganə mövzu deyil".

O, həmçinin Donbasda gərginliyin artmasının Moskvada ciddi narahatlığa səbəb olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Putin   Merkel   Makron  



Xəbər lenti