“Qarabağdakı müharibə həmsədrlərin uğursuzluğunu göstərdi” - Ayvazyan

“Qarabağdakı müharibə həmsədrlərin uğursuzluğunu göstərdi” -  Ayvazyan
  29 Mart 2021    Oxunub:3510
Dağlıq Qarabağdakı müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin uğursuzluğunu göstərdi.

Azvision.az “aysor.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentdə çıxışı zamanı bildirib.
“27 sentyabr 2020-ci il tarixi sübut etdi ki, onlar öz mandatlarının bu hissəsi çərçivəsində iflasa uğrayıblar”, - Ayvazyan deyib.

“Bizə cari şəraiti təsbit edən deyil, prosesə başçılıq edən güclü həmsədrlik lazımdır”.

O, Minsk qrupu çərçivəsində İrəvanın Azərbaycanla danışıqların yenidən başlamasında maraqlı olduğunu əlavə edib:

"Bununla belə, bizə təkcə mövcud vəziyyəti düzəldəcək deyil, prosesə rəhbərlik edəcək güclü həmsədrlik lazımdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AraAyvazyan  



Xəbər lenti