Moldovalılar Rusiya peyvəndinə etibar edirlər

Moldovalılar Rusiya peyvəndinə etibar edirlər
  29 Mart 2021    Oxunub:1756
Moldova sakinləri digər peyvəndlərlə müqayisədə Rusiya istehsalı olan "Sputnik V" vaksininə daha çox güvənirlər.
Azvision.az xəbər verir ki, bununla bağlı ölkədə aparılan sorğu belə qənaətə gəlməyə əsas verib.

Moldovalılardan mövcud peyvəndlərə nə dərəcədə etibar etdikləri soruşulub. Respondentlərin 42 faizi COVID-19 vaksinlərinə inanmadıqlarını söyləyib. Eyni zamanda, rəyi soruşulanların 31 faizi rus vaksini olan "Sputnik V"yə etibar etdiyini söyləyib. 10 faiz Qərbdə kəşf edilən peyvəndlərə (Pfizer və AstraZeneca) inandığını qeyd edib. Öz növbəsində, respondentlərin 9 faizi ümumiyyətlə bütün peyvəndlərə etibar etdiyini deyib. Sorğu iştirakçılarının yerdə qalan 8 faizi isə suala cavab verə bilməyib.

Xatırladaq ki, Moldovanın Dərman Agentliyi fevral ayının sonunda koronavirusa qarşı üç peyvənddən - "Pfizer", "AstraZeneca" və "Sputnik V"dən istifadəni qeydiyyata alıb. Bu günə qədər ölkədə peyvəndlənmə yalnız pulsuz əldə edilən ilk iki vaksinlə həyata keçirilir.

Martın 25-də Moldova Prezidenti Maya Sandu Rusiya səfiri Oleq Vasnetsovla görüşündə "Sputnik V" peyvəndini tezliklə əldə etmək üçün Moskvanın köməyinə ümid etdiyini vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Moldova   Sorğu   Vaksin  



Xəbər lenti