Los-Ancelesdə evsizlər üçün qəsəbə salındı

Los-Ancelesdə evsizlər üçün qəsəbə salındı
  30 Mart 2021    Oxunub:1609
ABŞ-ın Los-Anceles şəhərinin Şimali Hollivud bölgəsində Amerika Televiziya Akademiyasının yerləşdiyi ərazidə evsizlər üçün qəsəbə salınıb.
Qəsəbə ərazisində sahəsi 6 kvadratmetr olan 39 yığma ev tikilib. Bu cür qəsəbə və kəndlərin salınmasında məqsəd evsizliklə mübarizə aparmaqdır.

Amerikanın “Palet Shelter” şirkəti tərəfindən verilən modul konstruksiyalar bir və ya iki sakin üçün nəzərdə tutulub. İçəridə yataqlardan, əşyaların saxlanılması üçün rəflərdən və havalandırma avadanlığından başqa heç nə yoxdur.

Qəsəbənin dizayn və tikinti işləri 13 həftəyə başa gəlib.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti