Türkiyədə Ramazanda komendant saatı tətbiq ediləcək

Türkiyədə Ramazanda komendant saatı tətbiq ediləcək
  30 Mart 2021    Oxunub:1731
Türkiyədə Ramazan ayında komendant saatı tətbiq ediləcək.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğanın sözlərinə görə, Ramazan ayında restoran və kafelərdə yalnız çatdırılma xidməti fəaliyyət göstərəcək.

Türkiyə prezidenti, həmçinin bildirib ki, ölkədə axşam saat 21:00-dan səhər 05:00-a qədər komendant saatı davam edəcək.

Bundan əlavə, sahur və iftar mərasimlərinin keçirilməsi qadağan olunub.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti