Yaponiyanın baş naziri Baydenlə görüşəcək

Yaponiyanın baş naziri Baydenlə görüşəcək
  30 Mart 2021    Oxunub:1271
Yaponiya və ABŞ aprelin 9-da baş nazir Yosihide Suqa ilə prezident Co Baydenin görüşü barədə razılığa gəlib.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Suqanın ABŞ-a səfəri aprelin 8-də başlayacaq. Səfər dörd gün davam edəcək. Gözlənildiyi kimi, Yaponiyanın baş naziri Co Baydenlə şəxsi görüş keçirəcək ilk xarici lider olacaq.

Səfər ərəfəsində Suqa koronavirus əleyhinə peyvənd ediləcək. Tərəflərin Çin, Koreya Xalq Demokratik Respublikası, iqlim dəyişikliyi və ikitərəfli strateji alyans məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti